Meksikada boru kəmərində daha bir partlayış


Dünya 29 Yan 2019 10:40:00 321 0

Meksikada boru kəmərində daha bir partlayış

Meksikanın İdalqo ştatında boru kəmərinin qanunsuz kəsilməsi səbəbindən daha bir partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident zamanı xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Partlayışın ardınca boru kəmərində güclü yanğın başlayıb. Hazırda hadisə yerində polis, mülki müdafiə və xilasedicilər qrupu işləyir.