Chelsea transfer qadağası ilə üz-üzə
İdman 29 Yan 2019 10:37:00 319 0
FİFA Chelsea-nı cəzalandıra bilər.
Goal.az xəbər verir ki, London klubu gənc futbolçularla bağlı transfer qaydalarını pozmaqda günahlandırılır. Qitə futbol qurumu londonluların 18 yaşlı oyunçularla bağladığı 100 müqaviləni araşdırır. Qaydalara görə, klublar tam transferini həyata keçirdikləri, həmçinin valideynləri müxtəlif səbəblərdən emiqrant olan 18 yaşlı futbolçularla müqavilə bağlamaq hüququna malikdir.
Chelsea qaydaları pozmadığını bildirib. Klubun nümayəndəsi deyib ki, gənc futbolçuların hamısı klubun akademiyasında baxışdan keçib və bütün sövdələşmələr qısamüddətli olub. Chelsea-nın günahı sübut edilsə, “zadəganlar” transfer qadağası ilə üzləşə bilər.
Mənbə: goal.az