SOCAR büdcə ödənişlərini 6 faizdən çox artırıb


Digərləri 29 Yan 2019 10:26:48 245 0

SOCAR büdcə ödənişlərini 6 faizdən çox artırıb

SOCAR 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəyib.

Bakı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəyib. SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6,2% artıb. Bundan əlavə, SOCAR hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 172 milyon 469 min manat vəsait ödəyib ki, bu da 2017-cı ilin analoji dövrü ilə müqayisədə 10,6% artım təşkil edib.