Koreya İnkişaf İnstitutu Azərbaycanda sosial layihələr həyata keçirəcək


Digərləri 29 Yan 2019 09:31:00 207 0

Koreya İnkişaf İnstitutu Azərbaycanda sosial layihələr həyata keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Koreya İnkişaf İnstitutu ilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramı (Knowledge Sharing Program) çərçivəsində Koreya İnkişaf İnstitutunun nümayəndə heyəti ilə görüş olub. Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.