Windowsla işləyən kompüterlər təhlükə altındadır


Digərləri 29 Yan 2019 08:46:00 227 0

Windowsla işləyən kompüterlər təhlükə altındadır

163 milyon qurğunu təhlil etmiş "Avast" şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, "Windows" sisteminin idarəetməsi altında işləyən kompüterlərə quraşdırılan proqramların 50%-dən çoxu istifadəçilərin məlumatı üçün təhlükə törədir.   Son.az ICTnews-a istinadən bildirir ki, proqramların köhnə versiyaları riskin əsas səbəbi kimi göstərilib. "2019 Avast PC Report" hesabatına əsasən, istifadəçilərin 94%-i "Skype" proqramının yenilənməmiş versiyası, 85%-i isə "Mozilla Firefox" brauzerinin köhnə versiyasından istifadə edir. Həmçinin "Microsoft Office" proqram təminatının yenilənməsinin çıxarılmaması təhlükəsizliyə neqativ təsir edir.   Ekspertlər xəbərdarlıq ediblər ki, hakerlər proqramların köhnə versiyaları vasitəsilə kompüterə müdaxilə edə bilər və buna görə istifadəçilərə proqramları tez-tez yeniləməyi tövsiyə ediblər.