ABŞ "Huawei"yə qarşı rəsmi ittiham irəli sürüb


Dünya 29 Yan 2019 08:20:00 191 0

ABŞ "Huawei"yə qarşı rəsmi ittiham irəli sürüb

Amerika tərəfi "Huawei" şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın baş prokuroru vəzifələrini icra edən Metyu Uitakerə istinadən CNN telekanalı məlumat yayıb.

"Bu gün biz telekommunikasiya nəhəngi olan "Huawei" və onun tərəfdaşlarına qarşı təqribən iyirmi ehtimal olunan cinayət üzrə ittiham irəli sürdüyümüzü elan edirik", - deyə məlumatda bildirilir.