Lazer səsi konkret insanın qulağına ötürür


Digərləri 29 Yan 2019 08:05:00 240 0

Lazer səsi konkret insanın qulağına ötürür

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri səs-küylü otaqda səsi konkret insanın qulağına ötürən lazer texnologiyası hazırlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqat qrupunun rəhbərləri qeyd edir ki, bu, istənilən şəraitdə səsli siqnalı konkret insan üçün lokallaşdıran və təhlükəsiz lazerlərdən istifadə edən ilk sistemdir. Sistem foto akustik effekt kimi tanınan texnikadan istifadə edir. O, material işığı udduqdan sonra səs dalğalarını yaradan zaman əmələ gəlir. Alimlər tədqiqatda işığı udmaq və səs yaratmaq üçün havada su buxarından istifadə ediblər. Texnologiya nisbətən quru şəraitdə də işləyir, çünki havada, xüsusilə insanların ətrafında su həmişə cüzi olur. Mütəxəssislər qeyd edir ki, suyu tam udan lazer dalğa uzunluğundan istifadə edildiyinə görə çoxlu suya ehtiyac qalmır. Bu, əsas məqamdır, çünki daha güclü udulma daha çox səs emal edir.