Təkəbbürlə yerimək nadanlıq əlamətidir


Digərləri 29 Yan 2019 07:51:00 207 0

Təkəbbürlə yerimək nadanlıq əlamətidir

Həzrət Muhamməddən (s) soruşdular ki, təkəbbürlü kimdir? Həzrət (s) buyurdu: "O kəsdir ki, haqqa qarşı səfehlik, nadanlıq edə, başqalarını aciz və kiçik saya" (Kuleyni, Üsuli-kafi, Babul-kibr, hədis: 9).

Aciz olduğu halda təkəbbürə qapılıb başqalarına xor baxan, danışıq tərzindən tutmuş yerişinə qədər bütün hərəkətləri ilə insanları təhqir edəcək qədər nadanlaşan, bir sözlə "nə" olduğunu unuda bilən tək məxluq insandır. Əslində bu onun təbiətindən, faili-muxtar yaradılmasından irəli gəlir. Ancaq bir az diqqət etsə, insana şah damarından daha yaxın olan, onu özündən daha yaxşı tanıyan Allah-təalanın sonsuz mərhəmət nümayiş etdirdiyini və düşə biləcəyi bu gülünc vəziyyətdən onu hər an çəkindirdiyini görə bilər. Çünki nəfsani istəklərin doğurduğu lovğalıq və təkəbbür ən yaxşı halda münafiqlik xüsusiyyətidir, bunun Allah tərəfindən sevilməsi isə qətiyyən mümkün deyil. Allah Rəsulunun (s) dili ilə desək: "Şübhəsiz ki, Allah gözəldir və gözəlliyi sevir. Təkəbbür isə haqqı inkar etmək və insanları təhqir etməkdən ibarətdir." (Müslüm, İman, 147; Tirmizi, Birr, 61).