ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etdi


Dünya 29 Yan 2019 07:05:00 169 0

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton keçirdiyi brifinqdə deyib.

Qeyd edilib ki, bu ölkənin PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar Nikolas Maduronun Venesuelanın aktivlərindən istifadəsinin qarşısını almaq üçün qəbul olunub.