Ev işləri qadın sağlamlığını məhv edir Evdarlar risk altındadır


Digərləri 28 Yan 2019 23:51:00 268 0

Ev işləri qadın sağlamlığını məhv edir  Evdarlar risk altındadır

Ailəli qadınların çoxu uşaqların, həyat yoldaşının, evin qayğısını öz üzərlərinə götürürlər.

Amerikalı psixoloqları Suniya Lutar və Lusiya Sisiolla anaların bitməyən ev işlərini "gözəgörünməz əmək" adlandırıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, müasir dövrdə kişilərin də məişət işlərində qadınlara kömək etməsinə baxmayaraq yenə də evi qadınlar idarə edirlər. 

"Qadınlar paltarları əllə yumasalar da onlar yuyucu tozun bitib-bitmədiyini, çirkli paltarların yuyulmasını, döşək ağlarının təmiz olmasını və s kimi işləri nəzarətdə saxlayırlar. Hətta fiziki işlər ailə içində kişi və qadın arasında bölüşdürülsə belə əsas yük qadının çiyinləri üzərindədir. Bu isə qadınların psixikasına pis təsir edir." - deyə  psixoloqlar bildirib.