Qadınların diqqətinə: Təhlükəli olan 6 kosmetik vasitə ADLAR


Digərləri 28 Yan 2019 23:47:00 286 0

Qadınların diqqətinə: Təhlükəli olan 6 kosmetik vasitə  ADLAR

Bir sıra kosmetik məhsullar var ki, onlar insanın dərisinə möcüzəvi təsir göstərir. Lakin bəzi kosmetik vasitələrin istifadə edilməsi tövsiyə olunmur. Belə ki, bu vasitələr dəriyə zərər verərək insan sağlamlığı üçün bir sıra təhlükələr yaradır.  

Son.az medicina.az-a istinadən həmin kosmetik vasitələrdən bir neçəsini təqdim edir: 

1. Kosmetik zər  

Müasir zamanda zərli kosmetika dəbdədir. Amma onlardan nə qədər uzaq dursanız, bir o qədər yaxşı olar. Bu, çox az miqdarda olduqda təhlükə yaratmır. Amma bu cür maddələrdən həddən artıq istifadə dəridə qıcıqlanma yaradaraq zərər verir. 

2. Kutikulanı təmizləmək üçün qayçı 

Salonda və ya evdə manikür etməyinizdən asılı olmayaraq, barmaqlarda olan kutikulların təmizləyərək daha gözəl görüntü əldə etmək mümkündür. Amma bu törəmələr əllərdə əbəs yerə yaranmır. O orqanizmdə infeksiyaya səbəb ola biləcək bakteriya və göbələklərin inkişaflarının qarşısını alır. Buna görə də onları kəsməzdən əvvəl bir az düşünün.

3. Dodaqlar üçün skrab   İnsanlar dodaqlarına skrab çəkərək, onun qurumuş dərisindən azad olacaqlarını düşünsələr də, əslində, bu çox zərərlidir. Skrab istifadə sindən sonra dodaqlar çox quruyur və həssaslığı artır. Bunun səbəbi isə onun dodağın həm quru, həm də normal dərisini sıyaraq onu zədələməsidir. Bu isə nəticədə dodaqların daha çox çatlamasına və zədələnməsinə səbəb olur. Yaxşı olardı ki, dodaqlara spirtsiz balzam çəkəsiniz.