Sürücü yaşlı kişini maşınla vuraraq qaçıb


Kriminal 28 Yan 2019 23:36:00 241 0

Sürücü yaşlı kişini maşınla vuraraq qaçıb

Şəki rayonunda piyadanı maşın vurub.

Son.az report-a istinadən bildirir ki, axşam saatlarında rayonun Baş Göynük kənd sakini, 1962-ci il təvəllüdlü Balabəy Allahverdi oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onu Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində minik maşını tərəfindən vurulduğu məlum olub. B.Allahverdiyevə sağ baldır sümüyünün və sağ 6,7,8,9-cu qabırğaların sınığı dioqnozu qoyulub.