Gündəlik aspirin qəbulunun faydası açıqlandı


Digərləri 28 Yan 2019 23:23:00 265 0

Gündəlik aspirin qəbulunun faydası açıqlandı

Gündəlik olaraq aspirin qəbulu xərçəngdən əziyyət çəkən insanlarda sağ qalma ehtimalını 78 faiz artırır.

Son.az oxu.az-a istinadən bildirir ki, Kaliforniya Universitetindən olan tədqiqat qrupu belə bir qənaətə gəlib.

Elmi işin nəticələri "Journal of Experimental Medicine" nəşrində dərc olunub.

Alimlər iltihab əleyhinə qeyri-steroid praparatların qəbulu ilə PIK3CF mutasiyalı geni olan xərçəng xəstələrinin yüksək sağ qalma ehtimalı arasında qanunauyğunluğu ortaya çıxarmağa çalışıb.