İki maşın toqquşub, 1 qadın xəsarət alıb


Digərləri 28 Yan 2019 23:01:00 394 0

İki maşın toqquşub, 1 qadın xəsarət alıb

Salyan rayonunun Qızılağac kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Tahir Ağaş oğlu idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən, eyni markalı maşınla toqquşub.

Qəza nəticəsində sürücünün müxtəlif dərəcəli bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü həyat yoldaşı Nərminə Əliyeva Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.