Smartfon istehsalı kimyəvi elementlərin tükənməsinə səbəb olur


Digərləri 28 Yan 2019 22:49:00 210 0

Smartfon istehsalı kimyəvi elementlərin tükənməsinə səbəb olur

Müasir smartfonlar çoxlu sayda komponentlərdən ibarətdir və onların istehsalı üçün ən müxtəlif kimyəvi elementlər istifadə olunur. Alimlərin sözlərinə görə, həmin kimyəvi elementlərin bəziləri məhdud saydadır, hətta bəziləri tükənmək üzrədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, smartfon istehsalında təxminən 30 kimyəvi elementdən istifadə olunur. Bu kimyəvi elementlərin bəziləri təbiətdə olduqca məhdud saydadır.

"Dünyada mövcud olan kimyəvi elementlərin hər biri məhdud saydadır və biz bu ehtiyatı çox sürətlə istifadə edirik, buna görə 100 ildən də az bir müddətdə hansısa kimyəvi element tükənəcək" - Şotlandiyanın "Sent-Endryus" universitetinin alimi Devid Koul-Hamilton deyib.