Aral dənizinin qurumuş hissəsində şirin su tapılıb


Digərləri 28 Yan 2019 22:10:00 239 0

Aral dənizinin qurumuş hissəsində şirin su tapılıb

Aral dənizinin cənub-qərb hissəsində, Qaraqalpaqstanda yerləşən keçmiş "Dirçəliş" adasında şirin su tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirin su Aral dənizinin qurumuş hissəsindəki ərazinin 260-280 metr dərinliyində, Cənubi Aral dənizinin hövzəsinin dibində tapılıb.

Saniyədə 7 litr çıxan suyun minerallaşma dərəcəsi 3 qram, codluğu isə 6 milliqram təşkil edir. Priaralye Hidrogeoloji ekspedisiyasının rəhbəri Şavkat Olimovun sözlərinə görə, istifadəyə yararlı olan şirin su mənbəli bulaqlar Qaraqalpaqstanın Çimbay, Taxtakupir və Qarauzak rayonlarını əhatə edir.