Avropa ölkələri İranla ticarət üçün maliyyə mexanizmi hazırlayıblar


Dünya 28 Yan 2019 22:00:00 192 0

Avropa ölkələri İranla ticarət üçün maliyyə mexanizmi hazırlayıblar

Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara rəğmən Tehranla ticarət üçün maliyyə mexanizmi hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iki mötəbər avropalı diplomatın "Bloomberg" agentliyinə verdiyi məlumata görə, Avropa ölkələri ABŞ sanksiyalarına məruz qalmayacaq yeni mexanizm üzərində işi başa çatdırıblar və yekun sənəd bu yaxınlarda elan olunacaq. Hazırda son danışıqlar aparılır və yekun bəyanat hazırlanır.

"Bloomberg" bildirir ki, yeni mexanizm Aİ-nin 2015-ci ildə qəbul etdiyi Birgə Yekun Fəaliyyət Planı (JCPOA) əsasında hazırlanıb. Bu sənədi imzalayan ölkələr öz öhdələrinə Tehranın nüvə proqramını dayandırması müqabilində İrana qarşı sanksiyaları ləğv etməyi götürmüşdülər. Yeni bəyanatın layihəsində deyilir ki, Böyük Britaniya, Fransa və Almaniya son dövrdə İranla ticarətdə əldə olunan irəliləyişləri qoruyub saxlamaq və İran xalqının həyatı üçün zəruri olan iqtisadi əməkdaşlığı davam etdirmək niyyətindədirlər". Bu bəyanat yanvarın 29-da Aİ-yə üzv olan 28 ölkə tərəfindən təsdiq olunduqdan sonra açıqlanacaq.