Manila körfəzində təmizlik kampaniyasına başlanılıb


Dünya 28 Yan 2019 21:44:00 192 0

Manila körfəzində təmizlik kampaniyasına başlanılıb

Filippin hökuməti Manila körfəzinin təmizlənməsi məqsədilə tullantıların dənizə atılmasının qarşısının alınması ilə əlaqədar kampaniyaya başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Filippin Ətraf Mühitin Mühafizəsi Nazirliyi hər gün Manila körfəzinə qeyri-qanuni olaraq 1500 ton tullantı atıldığını bildirib.

Hakimiyyət orqanları insanlara körfəzdə çimməyin təhlükəli olması barədə xəbərdarlıq edir. Buradakı sularda bağırsaq çöpünün miqdarı onun maksimal icazə səviyyəsini 3 dəfədən çox üstələyir.