Məlahət Fahriye Evcenlə münasibətlərindən DANIŞDI: "17 yaşında olanda..." VİDEO


Şou-biznes 28 Yan 2019 21:29:00 326 0

Məlahət Fahriye Evcenlə münasibətlərindən DANIŞDI: "17 yaşında olanda..."  VİDEO

Türkiyədə fəaliyyət göstərən azərbaycalı aktrisa Məlahət Abbasova Fahriye Evcenlə ilk tanışlığını yada salıb.

Son.az xəbər verir ki, İstanbulun Mədəniyyət şöbəsinin İdarə Heyətinin üzvü, eləcə də İstanbul Bələdiyyəsi Şəhər Teatrının bədii rəhbər müavini Məlahət Abbasova Fahriye Evcenin ilk dəfə onunla birlikdə eyni layihədə iştirak etdiyini deyib. Həmyerlimiz bildirib ki, Fahriye Evcene ilk işində dəstək olub:

"Bu kadrlar 2005-2006-cı illərə aiddir. Dəyərli dostum və rejissor Nazif Tuncun çəkdiyi "Asla unutma" serialında Fahriye Evcen Hande rolunu canlandırmışdı. Bu, onun ilk işi idi. Fahriye Almaniyadan yeni gəlmişdi, 17 yaşı var idi. Rəhmətlik aktrisa Oya Aydoğan onu proqramında çox bəyənmişdi. Onun vasitəsilə ilk dəfə bu seriala dəvət almışdı. İlk dəfə kamera qarşısına keçdiyi üçün təcrübəsiz idi. Çəkilişlər arasında ona aktyorluqla bağlı məsləhətlər verirdim. Həmişə məni dinləyərdi və inanılmaz dərəcə həyəcanlı idi. Çox mədəni və çox gözəl bir qızdır. İndi uğurlarını görəndə hədsiz sevinc duyuram.

Mənim üçün 2-ci gözəl hadisə o idi ki, bu seriala başladıqdan 5 ay sonra qızım Sude dünyaya gəldi. Və Sude illər sonra bu evdə 5 yaşında ikən yenə dəyərli dostum Nazif Tuncun çəkdiyi "Kiz annesi" serialında ilk və baş rolunu oyanmışdı".