Britaniya yenidən xəbərdarlıq edir: İspaniyada terror aktları törədilə bilər


Dünya 28 Yan 2019 21:32:00 223 0

Britaniya yenidən xəbərdarlıq edir: İspaniyada terror aktları törədilə bilər

Böyük Britaniya Xarici İşlər Nazirliyi İspaniyada terror aktları təhlükəsinin artması ilə əlaqədar Birləşmiş Krallıqdan olan turistləri İspaniyaya səfərlər zamanı ehtiyatlı olmağa çağırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniya XİN-in rəsmi saytında bu barədə tövsiyələr yeniləşdirilib və "İspaniyada terror hücumları ehtimalının yüksək olması" qeyd edilib.

Bu barədə narahatlıq üçün aşkar səbəblər olmasa da, nazirlik öz vətəndaşlarına "vəziyyəti diqqətlə izləməyi və yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etməyi" məsləhət görüb.