Aksiya - Gəlin teatra gedək (FOTO)


Digərləri 28 Yan 2019 21:37:24 215 0

Aksiya - Gəlin teatra gedək (FOTO)

Sumqayıt Dövlət Dram Teatrı bu qəbildən daha bir aksiyanı uğurla həyata keçirib.

Bakı. Teatrın təbliği yönündə ard-arda bir neçə tanıdıcı və maarifləndirici xarakter daşıyan layihələr gerçəkləşdirən Sumqayıt Dövlət Dram Teatrı bu qəbildən daha bir aksiyanı uğurla həyata keçirib. Teatrdan Trend-ə verilən məlumata görə, “Gəlin teatra gedək” devizi ilə gənc və orta yaş nəsil nümayəndələrinin həftəsonu istirahətlərinin bir neçə saatını məhz teatra ayırmalarını təmin etmək məqsədilə başladılan bu yeni layihə çərçivəsində müxtəlif yaş kateqoriyasını nəzərə alaraq repertuar planı hazırlanıb. Bu repertuar planı barədə şəhərin bütün sosial təbəqəsindən olan əhalisini məlumatlandırmaqdan ötrü əhalinin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatlarda, sosial şəbəkələrdə reklam çarxları yayımlanır. Sosial media platformlarında davamlı olaraq teatrsevərlərin qatıldığı “könüllülər” qrupunda aparılan PR kompaniyası da müsbət nəticələrini verməkdədir.