“Paşinyan jurnalist olanda 25 min drama böhtançı məqalələr yazırdı...”


Dünya 28 Yan 2019 21:07:00 287 0

“Paşinyan jurnalist olanda 25 min drama böhtançı məqalələr yazırdı...”

Nikol Paşinyan Ermənistanda Levon Ter-Petrosyanın soyğunçuluq siyasətini davam etdirir.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu haqda Qarabağda döyüşmüş "Talin" dəstəsinin komandiri Sərkis Karapetyan Yerevanda jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, bir ildə Ermənistandan  təxminən 40 milyard dramlıq sərvət daşınır. Və bu hazırda da davam edir, üstəlik heç kim indi bu haqda danışmır.

"Nikol Ter-Petrosyanın tərəfdarı kimi onun siyasətini davam etdirir. Nəyə görəsə heç kim Ermənistanın birinci prezidentinin törətdiyi cinayətlər haqda danışmır, hamı 2008-ci ilin 1 mart hadisələrinə konsentrasiya olunub. Hərçənd Levon da əhalinin talanmasına və qətllərə görə məsuliyyət daşıyır"-keçmiş səhra komandiri deyib.