Bakıda keçmiş hakim məhkəmə zalından həbs olundu


Digərləri 28 Yan 2019 21:00:28 168 0

Bakıda keçmiş hakim məhkəmə zalından həbs olundu

Nəsimi Rayon Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Nəsimi Rayon Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.