Tanışlıq saytlarının təhlükəsi açıqlandı


Digərləri 28 Yan 2019 20:54:00 243 0

Tanışlıq saytlarının təhlükəsi açıqlandı

Britaniya polisi "Tinder" tanışlıq tətbiqi vasitəsilə edilən çoxlu sayda aldatma və cinayət əməlləri ilə bağlı mesajların artımını qeydə alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rəqəmləri dərc edən "Daily Mail" nəşrinin məlumatına görə, son üç il ərzində sosial şəbəkədə tapdıqları məşuqlarından zərərçəkənlərin sayı iki dəfə çoxalıb. 2015-ci ildə qanun keşikçiləri 442 müraciət qeydə almışdılarsa, 2018-ci ildə müraciətlərin sayı 1100 olub.

Polis qurbanların müraciətlərinin xarakterini dəqiqləşdirməyib. Nəşr bildirir ki, tanışlıq tətbiqində oğruların, qatillərin olması halları məlumdur. Bu cür servislərdə qanun pozuntularının üçdə biri seksual xarakterli cinayətlərin payına düşür.