Azərbaycanda yumurta istehsalının artımına nə mane olur?


Digərləri 28 Yan 2019 20:44:00 239 0

Azərbaycanda yumurta istehsalının artımına nə mane olur?

Hacıqabul rayonunda yerləşən "Hacıqabul quşçuluq" fabriki yumurta istehsalı həcmini azalda bilər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə fabrikin anbar rəisi Mikayıl Salahov deyib.

M.Salahovun sözlərinə görə, bu onunla əlaqədardır ki, fabrik bazarda yaranmış rəqabətlə bağlı öz məhsullarının satışında problemlə üzləşir:

"Bazara Ukraynadan yumurtaların gətirilməsi ilə əlaqədar yerli məhsulun satışları əhəmiyyətli dərəcədə azalıb. Fabrik gündəlik olaraq bir milyondan çox yumurta istehsal edir. Eyni zamanda, illik həcm 300-320 milyon ədəd təşkil edir. Müəssisə istehsalat həcmini artırmaq gücündədir, amma tez xarab olan məhsul ticarət obyektlərində qaldığı üçün bu məsələ hələlik gündəmdə deyil".