Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı


Digərləri 28 Yan 2019 20:47:00 227 0

Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb. 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Son.az-a verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.

Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.