1,3 milyonluq evi 19 dollara satır


Digərləri 28 Yan 2019 20:29:00 258 0

1,3 milyonluq evi 19 dollara satır

Kanadada Alla Vaqner adlı qadın 1,3 milyon dollar dəyərində olan evini 19 dollara satır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, evin satışını fərqli şəkildə həyata keçirən Vaqner alıcılardan 19 dollar ödəyib, məqalə yazmaqlarını istəyir.

1,3 milyon dolları yığanadək insanlardan məqalə alan qadın sonda ən yaxşı məqalənin sahibinə 19 dollar qarşılığında evini həvalə edəcək.

"Məktubu yaz, evi al" adlı lotoreya təşkil edən Allanın yarışması 5 yanvar tarixindən start götürüb. Alla Feysbuk hesabında bildirib ki, sağlamlığı yerində olmadığına görə evi satır. Lakin bu evin düzgün bir adama həvalə edilməsini istəyir.


Xəbərə aid fotolar