Bakıda sabiq hakim məhkəmə zalında həbs edildi


Digərləri 28 Yan 2019 20:04:00 236 0

Bakıda sabiq hakim məhkəmə zalında həbs edildi

Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.