Tanımadığı adamla Şimali Koreyaya gedən qız dəhşətə gəlib


Digərləri 28 Yan 2019 19:57:00 256 0

Tanımadığı adamla Şimali Koreyaya gedən qız dəhşətə gəlib

"Vice" nəşrinin əməkdaşı Nim Pratten dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyaya tanımadığı adamla getmək qərarına gəlib. Jurnalist qəribə metod seçib.

Son.az xaricimedia.com-a istinadən xəbər verir ki, "Tinder" sosial şəbəkəsində yenicə tanış olduğu adamla Çinin Şanxay şəhərində görüşüb və onunla birlikdə Şimali Koreyaya yola düşüb. Pratten barda görüşdüyü oğlanın Pxenyan marafonunda iştirak təklifinə dərhal "hə" deyib.

Jurnalistin yazdıqlarından belə görünür ki, qapalı ölkəyə getmək istəyi onda çoxdan olub. Qarşısına Böyük Britaniyadan yoldaş çıxanda isə düşünmədən razılıq verib.

Onlar Çində Şimali Koreyaya üçgünlük səyahət turu alıblar: "Yalnız bundan sonra anladım ki, dünyadan təcrid olunmuş ölkəyə tanımadığım adamla gedirəm".

Pratten Şimali Koreyada özünü çox narahat hiss edib. Jurnalist həmişə izlənirmiş. Nimin sözlətinə görə, hər turistin ayrıca "mühafizəçi"si var, üstəlik, gizli kameralar da işini görür.

Pratten deyir ki, Şimali Koreya cəmiyyəti birrənglidir: "Onların dünyanın qalan hissəsi haqda heç bir anlayışları yoxdur".


Xəbərə aid foto