Ərə gedən kişi, kuryer, qabyuyan...


Şou-biznes 28 Yan 2019 19:37:00 254 0

Ərə gedən kişi, kuryer, qabyuyan...

Sosial şəbəkələrdə məşhur müğənni Elariz Məmmədoğlunun birdəfəlik ABŞ-a köçdüyünə dair məlumatlar yayılıb. Bundan öncə də Azərbaycanda məşhurluq qazanıb, sonradan xaricə köçən məşhurların sayı az olmayıb.

Son.az bildirir ki, Azxeber.com ölkəmizi tərk edən və hazırda xaricdə yaşayan məşhurlarla bağlı araşdırma aparıb.

Ötən əsrin 90-cı illərində ekstravaqant imici ilə gündəmdə olan və sonradan cinsini dəyişərək qadın olan müğənni Rövşən Hicrəti hazırda Hollandiyada yaşayır. Adını dəyişərək Roşana Lamborgini qoyub. Hazırda ərdə olan müğənni Hollandiyada müğənnilik fəaliyyətini davam etdirməkdədir. Yeri gəlmişkən, Roşananın əri də azərbaycanlıdır. 

2000-ci ilin əvvəllərindən böyük səhnəyə qədəm qoyan və qısa müddətə böyük populyarlıq qazanan müğənni İradə İbrahimova hazırda Türkiyədə yaşayır. 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı quran İradənin bu nikahdan iki övladı var. Qardaş ölkədə də müğənnilik edən İradə Türkiyədə Azərbaycandakı qədər populyar deyil.

Qalmaqallı açıqlamaları və şəxsi həyatı ilə vaxtaşırı gündəmə gələn müğənni Ayan Babakişiyeva da ölkəmizi tərk edənlər arasındadır. O bununla bağlı açıqlamasında bildirib ki, Azərbaycanda özünü xoşbəxt saymır və qızının da xoşbəxt olacağına inanmır. Məhz elə bu səbəbdən Azərbaycanı tərk edib. Hazırda Türkiyədə yaşayır və orada özəl şirkət işlədir.

Bir zamanlar məşhur mahnıları ilə çoxlarının sevimlisinə çevrilən müğənni Ziyafət Yaqubova hazırda İsveçdə yaşayır. İddialara görə, o özündən 20 yaş kiçik oğlanla ailə qurub. Yenicə Avropaya gedəndə gündüzlər gözəllik salonunda kosmetoloq, axşamlar isə barda müğənni kimi fəaliyyət göstərirmiş. Onun özünə şəxsi gözəllik salonu açdığına dair də iddialar dolaşır.

Məşhur perep, "Dəyirman" qrupunun üzvü Elmir Məhərrəmov ailəsi ilə birlikdə ABŞ-a köçüb. 2016-cı ildə "Greencard" proqramına müraciət edən reper hazırda Nyu-Yorkda yaşayayır. Uzun müddətdir ABŞ-a köçmək arzusunda olan ifaçı bu arzusunu ötən ilin iyun ayında gerçəkləşdirib. Ölkənin tanınmış reperlərindən olan Elmirin hazırda nə işlə məşğul olduğu bəlli deyil.

Xalq artisti, tanınmış teatr və kino xadimi Cahangir Novruzov uzun illərdir Türkiyədə yaşayır. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru olan C.Novruzov unudulmaz sənətkar Nəsibə Zeynalovanın oğludur. Onlarla tamaşada yaddaqalan obrazlar yaradan Cahangir Novruzov ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanı tərk edib.


Xəbərə aid fotolar