Nazir: "Ötən il 1 ton 136 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb"


Digərləri 28 Yan 2019 19:07:00 216 0

Nazir: "Ötən il 1 ton 136 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb"

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bunu nazir Ramil Usubov 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

R.Usubov bildirib ki, ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib.

Nazir qeyd edib ki, insan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub. Nəticədə 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.


Xəbərə aid fotolar