Ramil Usubov: "Ötən il polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib"


Digərləri 28 Yan 2019 18:41:00 228 0

Ramil Usubov: "Ötən il polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib"

Ötən il mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib, polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bunu nazir Ramil Usubov 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

R.Usubov bildirib ki, 2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.381 cinayət qeydə alınıb, onların 84,7 faizinin açılması təmin olunub.

Bu cinayətlərin 92,4 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla onların 89,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ağır və xüsusilə ağır cinayətlər 24,3, adam öldürməyə cəhdlər 3,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 16, mülkiyyət əleyhinə cinaytələr 7,7, o cümlədən quldurluqlar 4,8, avtonəqliyyat vasitəsinin qaçırılması 7, dələduzluqlar 28, habelə qrup halında törədilən cinayətlər 2,2, ailə münaqişəsi zəminində baş verənlər 4,5, yol-nəqliyyat hadisələrində ölənlər 3,7, xəsarət alanlar 0,5 faiz azalıb.