Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək


Dünya 28 Yan 2019 18:39:00 214 0

Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək

Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçirilməsi planlaşdırılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.

Nazir deyib ki, bu ilin mart ayında keçiriləcək hərbi təlimdə NATO-ya üzv və Alyansın tərəfdaşı olan 22 ölkə iştirak istəyini bildirib: "NATO-Gürcüstan manevrləri komanda-qərargah təlimləri olacaq. Bu baxımdan, əlavə hərbi texnikanın olacağı gözlənilmir. Hərbi təlimlər qatılacaq iştirakçı ölkələrin sayı baxımından genişmiqyaslı olacaq. Həmçinin Gürcüstan tarixində ilk dəfə olaraq təlimlər ölkənin müdafiə qüvvələrinin rəhbərliyi ilə keçiriləcək. NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi isə təlimlərin təşkilinə məsul olacaq".