Gürcüstanda buraxılış imtahanları ləğv olunur, ali məktəblərə qəbul qaydaları dəyişir


Dünya 28 Yan 2019 18:24:00 289 0

Gürcüstanda buraxılış imtahanları ləğv olunur, ali məktəblərə qəbul qaydaları dəyişir

Gürcüstanın ictimai məktəblərində buraxılış imtahanları 2020-ci ildən etibarən ləğv olunacaq.

Son.az report-a istinadən xəbər verir ki, bu, Gürcüstanın təhsil sisteminin yeni modelində nəzərdə tutulub.

Modelə əsasən, yeniliklər 2020-ci ildən həyata keçiriləcək. Həmin vaxta qədər isə 2019-cu ildə 11-ci sinif şagirdləri buraxılış imtahanları verməyəcəklər.

Lakin buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.