Badamdarda yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 28 Yan 2019 18:17:00 185 0

Badamdarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahid Əhmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.