Cardiff City itkin düşən futbolçu üçün 7 milyon ödədi


İdman 28 Yan 2019 17:31:00 289 0

Cardiff City itkin düşən futbolçu üçün 7 milyon ödədi

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Cardiff City argentinalı futbolçu üçün Fransa klubuna transfer məbləğini ödəməyə davam edir. 17 milyon pound qarşılığında transfer olunan və klub tarixinin ən bahalı keçidi olan futbolçudan xəbər olmamasına baxmayaraq, İngiltərə klubu artıq bu məbləğin 7 milyonunu ödəyib.

Cardiff City-nin Nantes-dan transfer etdiyi Emiliano Salanın da içində olduğu təyyarənin yoxa çıxdığını xəbər vermişdik.

29 yaşlı hücumçu və təyyarədə olan 2 nəfərin axtarışları dayandırılmışdı. Buna baxmayaraq, bəzi futbolçular axtarışların davam etməsi üçün dəstək veriblər. PSG-dən Adrian Rabiot və Kilian Mbappe, Marseille-dən Dimitri Payet axtarışların aparılması üçün maddi dəstək verib.