2018ci ilin nəticələrinə əsasən "Bank Respublika"nın əməliyyat mənfəəti 85% artıb


Digərləri 28 Yan 2019 17:10:00 260 0

2018ci ilin nəticələrinə əsasən "Bank Respublika"nın əməliyyat mənfəəti 85% artıb

Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.Hesabata əsasən, Bank ötən il pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla əla əməliyyat və maliyyə nəticələri nümayiş etdirib.

Hesabata əsasən, bankın kapitalında 30% artım, aktivlərində 40% artım, kredit və depozit portfelindəisə 50% artım qeydə alınmışdır, qeyri-işlək kreditlərinin payı isə 2 dəfə azalaraq, 5%-dən aşağı düşmüşdür.

Nəticədə bankın xalis faiz mənfəəti 3 dəfə artaraq 25 milyon manat təşkil edib, bankın xalis əməliyyat mənfəəti isə 85% artaraq 9 milyon manatı keçib.