Premyer Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq


İdman 28 Yan 2019 16:52:00 265 0

Premyer Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə Topaz Premyer Liqasında 2018-2019 mövsümünün ikinci hissəsinin ilk tur matçları bir dəqiqəlik sükutla başlayacaq. 

Goal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. Bu, Qarabağ Futbol Klubunun təsisçilərindən olan sabiq futbolçu və baş məşqçi Adil Nadirovun dünyasını dəyişməsi ilə əlaqədardır. XV tur qarşılaşmalarında A.Nadirovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XV tur qarşılaşmaları 2-3 fevralda keçiriləcək.