150 min manat dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başladı


Digərləri 28 Yan 2019 16:37:00 231 0

150 min manat dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses fevralın 1-dək təxirə salınıb.