Reklam qurğularının quraşdırılması ilə bağlı


Digərləri 28 Yan 2019 16:19:00 205 0

Reklam qurğularının quraşdırılması ilə bağlı

Azərbaycanda açıq məkanda reklam qurğularının tikintisinə və quraşdırılmasına icazəsinin verilməsi proseduru sadələşdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.

Məcəllənin hazırkı variantına görə, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə müvafiq icra hakimiyyəti orqanı icazə verir.

Yeni dəyişikliklərdə isə reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi təklif edilir.