Azərbaycan və Bolqarıstan arasında turist axını xeyli artıb - SƏBƏB (ÖZƏL)


Digərləri 28 Yan 2019 15:34:50 230 0

Azərbaycan və Bolqarıstan arasında turist axını xeyli artıb - SƏBƏB (ÖZƏL)

Azərbaycan və Bolqarıstan arasında turist axını xeyli artıb.

Bakı. Sara İsrafilbəyova - Azərbaycan və Bolqarıstan arasında turist axını Bakı-Sofiya aviareysinin açılması ilə xeyli artıb. Bunu Trend-ə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib. Diplomat Azərbaycan vətəndaşlarına verilən vizaların sayının ən azı 40 faiz artdığını bildirib: "Biz hesab edirik ki, yazda müntəzəm reyslərin bərpası nəticəsində bu il də müsbət tendensiya saxlanacaq". Səfir vurğulayıb ki, paytaxtlar arasında birbaşa əlaqənin qurulması hər iki ölkənin liderləri tərəfindən çox müdrik siyasi qərar idi və artıq çox müsbət nəticələr verir: "Bu, xalqlarımız arasında daha sıx əlaqələr üçün böyük imkanlar, biznesdə daha intensiv təmaslar və daha dinamik iqtisadi münasibətlər yaradacaq". Ölkələr arasında viza rejiminin sadələşdirilməsinə toxunan N.Yankov deyib ki, Bolqarıstan bu məsələdə Avropa İttifaqının siyasətini əsas tutur: