Maştağada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)


Digərləri 28 Yan 2019 15:12:15 225 0

Maştağada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Əfqan Məmmədov saxlanılıb.

Bakı. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Əfqan Məmmədov saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2,618 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.