Bu il 300-ə yaxın işsiz yol infrastruktur layihələrinə cəlb olunacaq


Digərləri 28 Yan 2019 15:18:11 175 0

Bu il 300-ə yaxın işsiz yol infrastruktur layihələrinə cəlb olunacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2016-2018-ci illər ərzində 3 min nəfərə yaxın vətəndaş daimi iş yeri ilə təmin olunub.

Bakı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2016-2018-ci illər ərzində 3 min nəfərə yaxın vətəndaş daimi iş yeri ilə təmin olunub. Agentlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildə 615 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib. Cari ildə də daxili investisiya hesabına həyata keçirilən və keçiriləcək yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə daha 300 nəfərə yaxın vətəndaşın işlə təmin olunması nəzərdə tutulur. Yeni yol infrastrukturu layihələri aşağıdakılardır: Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu; Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi;