Afaq Bəşirqızı: "Nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka..."


Kriminal 28 Yan 2019 15:04:00 448 0

Afaq Bəşirqızı: "Nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka..."

Dövlət Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" tamaşasında bəzi dəyişikliklər edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki,tamaşanın efirn variantında narkotik vasitələr (nəşə) təbliğ  edilib. Tamaşada Atakişikişi obrazı (Çingiz Əhmədov) oğlu Balakişi ilə dialoqunda övladına daha ağır narkotik vasitələrdən uzaq olmağı tövsiyyə etsə də, əvəzində başqa bir "məsləhət" verir:

"İynə vurma, amma nəşə çək".

Nisə xanım (Afaq Bəşirqızı)  isə qızı Məleykə (Ülviyyə Əliyeva) ilə dialoqunda olan tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi "ovçarka" ilə müqayisə edir:

"Məleykə, səni görüm ər corabına həsrət qalasan. Birini xamlayıb getsən də, toy günündə elə itsin ki, nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka" axtarıb  tapa bilməsinlər".