İnter-in baş məşqçisi problem olmadığını deyir


İdman 28 Yan 2019 14:47:00 240 0

İnter-in baş məşqçisi problem olmadığını deyir

İnter-in baş məşqçisi Luçano Spalletti klubun futbolçusu İvan Perişiçin transferə çıxarılması ilə bağlı xahişinə münasibət bildirib.

Goal.az xəbər verir ki, çalışdırıcı ayrılığın problem olmadığını deyib. “Futbolçular istədiyini deyə bilər. Amma onlar klubun üzvləridir. Hər biri konkret müqavilə əsasında oynayır. Getmək istəyi başadüşüləndir. Lakin getmək üçün hansısa klub pul ödəməlidir. Hər şey çox sadədir. Perişiçlə də vəziyyət belədir. Oynamaq istəmirsə, deməli, başa düşür ki, ayrılmalıdır. Buyursun getsin. Problem deyil. Komandaya xeyir vermək istəməyən futbolçu kənarda qalmağa məhkumdur”, - çalışdırıcı deyib.

Əvvəllər İnter-in Perişiçi 40 milyon avroya satmaq istədiyi deyilirdi. Onun Arsenal, Manchester UnitedAtletico-nun diqqət mərkəzində olduğu bildirilir.