“Niyə utanmalıyam ki?” Qısa boylu insanların DİQQƏTİNƏ!


Digərləri 28 Yan 2019 14:29:00 233 0

“Niyə utanmalıyam ki?”  Qısa boylu insanların DİQQƏTİNƏ!

Əvvəllər dərziləri yeni paltarlar tikmək üçün axtarırdıqsa, son zamanlar daha çox şalvar boyunu və köynəkləri yığdırmaq üçün axtarırıq. Niyə son dövlərdə qısa boylu insanlar çoxluq təşkil edir?

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Boy ancaq iş qəbulunda lazım olur da, bəzi işlərdə".

Sakin: "Kompleks yaşamamışam mən, həqiqətən də. Niyə utanmalıyam ki, belə yaranmışam da".

Sakin: "Elə hallar olub ki, uşaqlarla söhbət edəndə qınayıblar ki, boyun balacadır, ona görə problemlər yaşanıb". 

Rəşad Əsgərov - sosioloq: "Kiçik boylu insanlar özlərində kompleks hiss edirlər. Özlərindən yuxarı boyluların yanında durmağa, yaxud da şəkil çəkdirməyə, onlarla bir yerdə söhbət etməyə, hətta birgə gəzintiyə getməkdən imtina edirlər və bu kompleks insanları cəmiyyətdən, sosiallıqdan ayırır , sanki onlar cəmiyyətin bir fərdi kimi tam kənara çəkilirlər, özlərinə qapanırlar".

Həkimlər 2, 6 və 12 yaş dönəmlərində uşaqlarda boy artımı müşahidə edildiyini deyir. Uşaqların qız və oğlan kimi formalaşmasında isə ən vacib olan yaş dönəmi 6-10 yaş aralığı hesab olunur.

Mehriban İbrahimova - pediatr: "Qız uşaqları müəyyən yaş dövründə yetişkənlik dövrünə çatana qədər boyunu əldə etməlidir, oğlan uşaqlarında isə əksinə. Yetişkənlik başlayandan sonra boyunu azaltmalıdır. Və bu dövrdə hər bir boyun inkişafına təsir edə biləcək orqanlar var. Məsələn 6-11 yaş dövründə bu qalxanvari vəzin üzərinə düşürsə, 11-14 yaş dövründə cinsi orqanların üzərinə düşür".


Xəbərə aid fotolar