Otaqdan 20 yaşlı oğlanın cəsədi tapıldı


Dünya 28 Yan 2019 14:14:00 198 0

Otaqdan 20 yaşlı oğlanın cəsədi tapıldı

Spaqetti yeyən 20 yaşlı oğlan ölüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 5 gündən qalan spaqettini yeyən tələbə oğlan gecə yuxudaykən dünyasını dəyişib.

Otaq temperaturunda 5 gün müddətinə qalan spaqettini tomat sousu ilə yeyən oğlan yatmağa gedib. Səhəri gün onun otağına girən valideynləri övladlarının cansız bədəni ilə qarşılaşıblar.

Autopsiya nəticələrinə görə, Belçikanın paytaxtı Brüsseldə yaşayan oğlanın ölüm səbəbi qida zəhərlənməsidir. Onun bədəninə köhnəlmiş xörəkdən "Bacillus cereus" adlanan bakteriya düşüb.


Xəbərə aid fotolar