Azarkeşlərə görə klubun xalları silinəcək


İdman 28 Yan 2019 13:52:00 193 0

Azarkeşlərə görə klubun xalları silinəcək

Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi Marseille klubunu cəzalandıra bilər.

Goal.az Lequipe-ə istinadən xəbər verir ki, buna azarkeşlərin XXII turda Lille komandası ilə matçdakı davranışları səbəb olub.

Qurum Marseille-nin mümkün cəzası ilə bağlı iclas keçirmək niyyətindədir. Tədbirdə matç zamanı baş verən hadisələr müzakirə olunacaq. Azarkeşlər sözügedən qarşılaşmada meydana pirotexniki vasitələr atıblar, görüşün birinci və ikinci hissəsində fasilələrin yaranmasına səbəb olublar.

İntizam Komitəsi klubu cəzalandırmaq üçün bəzi variantları nəzərdən keçirir. Komanda bir neçə qarşılaşmanı boş tribunalar önündə oynamaqla yanaşı, müəyyən sayda xaldan məhrum ola bilər.

Qeyd edək ki, qarşılaşma Marseille-nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda çempionatda 31 xalla 8-ci pillədə qərarlaşıb.