Qulinin rəqibi azadlığa buraxıldı “Böyük hərflərlə “vor”am”


Kriminal 28 Yan 2019 13:34:00 438 0

Qulinin rəqibi azadlığa buraxıldı  “Böyük hərflərlə “vor”am”

Rusiyada otuz altı yaşlı azərbaycanlı keçmiş "qanuni oğru", kriminial dairələrdə "Emin Hacıqabullu" kimi tanınan Emin Əhmədov azadlığa buraxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, üç gün əvvəl Krasnoyarskda saxlanıldığı istintaq təcridxanasından buraxılan Əhmədovun Rusiya ərazisində yaşaması arzuolunmaz hesab edilib və o, yanvarın 26-da Bakıya uçmalı olub. 

Emin özünü "böyük hərflərlə oğru" adlandırsa da, kriminal aləmdə onun statusu təsdiqlənməyib. O, eyni zamanda bir nömrəli azərbaycanlı "qanuni oğru" Nadir Səlifovla açıq qarşıdurmada olması ilə tanınır.