Afrika Millətlər Kubokunun vaxtı dəyişdirildi


İdman 28 Yan 2019 12:13:00 313 0

Afrika Millətlər Kubokunun vaxtı dəyişdirildi

Ramazan ayına görə Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.

Goal.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsindən "Frans-Press"ə bildirilib. Turnir 15 iyun - 13 iyulda deyil, 21 iyun - 19 iyulda keçiriləcək.

Dəyişikilik bir neçə Şimali Afrika ölkəsinin Afrika Futbol Konfederasiyasına müraciətindən sonra gerçəkləşib. Onlar 5 may - 3 iyunu əhatə edəcək Ramazan ayı zamanı oruc tutacaq futbolçuların bərpa olunması üçün belə bir addım atıblar.

Qeyd edək ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək. 2017-ci ildə yarışın yanvarda deyil, yayda təşkil olunmasına və iştirakçıların sayının 16-dan 24-ə artırılmasına dair qərar qəbul olunub.